Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Nicat Məmmədovun məhkəməsi yekunlaşıb. Nicat Məmmədovun törətdiyi hadisə böyük səs-küyə səbəb olmuşdu.

O, Beynəlxalq Avtovağzalın yaxınlığında küçənin ortasında həyat yoldaşını 20-dən artıq bıçaq zərbəsi ilə qətlə yetirmişdi.

Unikal.org xəbər verir ki, hadisə 2019-cu ilin oktyabr ayının 7-də baş verib.

Uzun sürən ailə daxili münaqişələrdən sonra 34 yaşlı Nicat Məmmədov həyat yoldaşı ilə münasibətlərə son qoymaq üçün onu ata evinə aparmaq gəlib. O, atası ilə birlikdə 7 il birgə nikahda yaşadığı həyat yoldaşı, 3 uşaq anası 27 yaşlı Leyla Məmmədovanı avtomobili ilə anasıgilə aparan zaman yolda yenidən mübahisə ediblər.

Nicat Məmməd avtomobilin yük yerindən götürdüyü bıçaqla Leylaya hücum və uşaqlarının gözü qarşısında ona zərbələr endirib.