Türkiyəli məşhur müğənni Özcan Dəniz və keçmiş həyat yoldaşı Feyza Aktan yenidıən gündəmə gəlib.  

Unikal.org xəbər verir ki, Aktan ona fiziki və psixoloji sarsıntı yaşadan Özcanla qardaşı Ercan Denizi məhkəməyə verərək, 2 ay uzaqlaşdırma qərarı alıb. Məhkəməyə təqdim edilən şikayət ərizəsində Feyza Özcan və qardaşının evinə basqın etdiyini deyib.

O, Ercan Dəniz tərəfindən ölümlə təhdid olunduğunu iddia edib. Şantajlara dözə bilmədiyini söyləyən Aktan Özcanın onu döydüyünü əks etdirən fotoları və sənədləri Ercana verib. Daha sonra Dəniz Feyzanı uşağın qəyyumluğunu atasına verməsi haqqında olan sənədi zorla imzalamağa məcbur edib.

Bundan sonra Aktan özünün və ailəsinin təhlükəsizliyi üçün polisə və məhkəməyə üz tutub. Məhkəmə onların Feyzaya 1 ay yaxınlaşmamasına qərar verib. 1 ay bitdikdən sonra Aktan yenidən məhkəməyə müraciət edəcəyini açıqlayıb. Feyza Özcanın onu üzünə siqaret basmaqla təhdid etdiyini deyib.