Ermənistanda daha 198 nəfər koronavirusa yoluxub.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, son sutka ərzində Ermənistanda COVID-19-a 198 nəfər yoluxub.

Bununla da Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 165 909 nəfərə çatıb. Pandemiya başlayandan bəri ölkə ərazisində COVID-19-a görə 3 030 nəfər ölüb.