Vətən müharibəsində şəhid olan Kazımov Xuduş Həsən oğlu dəfn olunub.

Unikal.org xəbər verir ki, 44 günlük Vətən müharibəsində Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun  əsgəri - 1988-ci il təvəllüdlü Kazımov Xuduş Həsən oğlunun nəşi Gəncə şəhərinə gətrilib.

Şəhidlə yaşadığı evdə vida mərasimi keçrilib.

Daha sonra şəhid Gəncədəki Şəhidlər xiyabanına aparılıb. Şəhidlə vida mərasimində ailəiləri, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və şəhər ictimaiyyəti iştirak edib.

Şəhid X.Kazımov  Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid Vətən müharibəsində 110 gündür ki, itkin düşmüşdü.

Allah rəhmət eləsin!