Ləğv olunan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli apelyasiya şikayəti verib.

Unikal.org-un xəbərinə görə, şikayət həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə verdiyi vəsatətin təmin edilməməsi ilə bağlı qərardan verilib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Ramin Qaraqurbanlının sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsində V.Səfərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri ilə seçilib.