Vətən müharibəsində şəhid olan daha bir hərbçimiz dəfn edilib. 

Unikal.org xəbər verir ki, söhbət baş leytenant Mikayılov Rahim Qalib oğlundan gedir. Murovdağ istiqamətində itkin düşən zabitimizin 107 gün sonra nəşi Qubanın İkinci Nügədi kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, baş leytenantın itkin düşməsindən bir ay sonra oğul övladı dünyaya gəlib.