Türkiyə ərazisində zəlzələ olub.

Unikal.org  xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanlar Qars əyalətinin Sarıqamış rayonunda 3,5 bal gücündə baş verib. Zəlzələ ocağı 7 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat qeydə alınmayıb.