Azərbaycan tərəfi ikinci Qarabağ müharibəsində həlak olmuş 30 erməni hərbçinin meyitini Ermənistana təhvil verib. Fikrimizcə hələ onlarla meyid müharibə baş vermiş ərazilərdədir. Axtarışlar davam edir.

Unikal.org xəbər verir  ki, bunu erməni KİV-ə Ermənistan Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Unan Tadevosyan deyib.

Qeyd olunur ki, noyabrın 13-dən indiyədək 1 281 erməni əsgərin cəsədləri və qalıqları tapılıb.