Rusiyada son sutka ərzində koronavirusa 21 127 yeni yoluxma halı qeydə alınıb.

Unikal.org  “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 3 719 400 nəfərə çatıb.

Rusiyada bir gündə 491 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 69 462 nəfərdir. İndiyədək 3,1 milyondan çox xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.