Dünyaca məşhur aktyor  Ceyson Stethem Antaliyada görüntülənib. 

Unikal.org xəbər verir ki, "Five eyes" filmində baş rolu canlandıran aktyor çəkiliş qrupu ilə birlikdə Antaliyaya gəlib.  

Belə ki, amerikalı müğənni Cennifer Lopezin də qaldığı otelin güllə keçirməyən şüşə villasında qalan məşhur aktyor dünən restoranda şam yeməyində jurnalistlərin obyektinə tuş gəlib. 

Qeyd edək ki, filmin çəkilişləri Antaliyanın Kaleiçinin tarixi bölgəsində ekranlaşdırılır.