Türkiyənin Yunanıstanla sərhədində PKK terror təşkilatının 2 üzvü həbs olunub.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Edirnedəki Uzunkörpü ilçəsində baş verib. 2 PKK üzvü qanunsuz yollarla Yunanıstan tərəfə keçməyə cəhd edib.

Keçirilən operativ tədbirlər və əməliyyatla PKK üzvləri saxlanılıb. Araşdırmalar davam etdirilir.