Rusiyanın "RBK" telekanalının saytında 27 yanvarda Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinlərinin görüşəcəyi barədə məlumat verilib.

Unikal.org xəbər verir ki, "RBK" bu barədə Rusiya və Ermənistan hökumətlərindəki mənbələrinə istinadən yazıb. Bildirilir ki, tərəflər kommunikasiya xətlərinin və nəqliyyat əlaqələrinin qurulması prosesini müzakirə edəcəklər. Görüşün Rusiyanın paytaxtı Moskvada keçiriləcəyi deyilir.

Qeyd edilir ki, Rusiyadakı diplomatik mənbələr Rusiyanı baş nazir müavini Aleksey Overçukun, Ermənistanı Mqer Qriqoryanın, Azərbaycanı isə Şahin Mustafayevin təmsil edəcəyini bildirib. Bu formatda görüşün ilk dəfə keçiriləcəyi vurğulanıb.