Türkiyədə PKK terror təşkilatının üzvlərinə qarşı əməliyyat keçirilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, ümumilikdə 14 PKK üzvü haqqında saxlanılma qərarı verilib.

6 regionda keçirilən əməliyyatla onlardan 8-i saxlanılıb. Hazırda daha 6 nəfərin saxlanılması istiqamətində əməliyyat tədbirləri aparılır. Saxlanılanlarla bağlı araşdırmalar davam etdirilir.