Ermənistanda keçmiş yüksək vəzifəli məmur haqqında cinayət işi açılıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Sünik vilayətinin keçmiş qubernatoru Vahe Akopyan haqqında cinayət işi başladılıb. Bu barədə onun vəkili Jirayr Karagözyan məlumat verib. O, cinayət işini siyasi motivli iş adlandırıb.

V.Akopyan vəzifədə olduğu müddətdə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Keçmiş qubernatorun vəkili J.Karagözyan isə ittihamları qondarma hesab etdiyini bildirib. 

"Nikol Paşinyanın hakimiyyətə gəldiyi 2018-ci ildən belə faktlar barədə məlumatlar var idisə, niyə cinayət işi açılmırdı? Niyə müvəkkilim məhz siyasi fəaliyyətə başlayandan sonra onun vəzifədə olduğu dönəm barədə belə iddialar ortaya çıxır?", - deyə vəkil sual edib.