MMA-nın məşhur siması Konor Makqreqor zorlamada ittiham olunur.

Unikal.org-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, irlandiyalı döyüşçü bu ittihamla məhkəməlik olub. Belə ki, adını açıqlanmayan həmyerlisi bir qadın ondan bu əməlinə görə şikayətçi olub və təzminat tələb edib.

Həmin qadın Konorun ən azı 1 milyon 475 min 110 avro kompensasiya ödəməsini istəyir. Bildirilir ki, Dəyən mənəvi zərbə 1 milyon 759 min 850 avroya qədər arta da bilər.

Qadın məhkəməyə verdiyi ifadədə döyüşçünün onu 2018-ci ildə oteldə zorladığını qeyd edib. O bildirib ki, Konorla eyni rayonda böyüyüb və bir gün "instaqram"da yazışmalardan sonra onunla Dublindəki otelə gedib. Makqreqorun dostu da onlarla olub.

Zərərçəkmiş onlarda kokainin olduğunu da iddia edir.

Oteldə qadını yataq otağına aparan döyüşçü ona ədəbsiz təklif edib. Qadının bildirdiyinə görə, imtina cavabı alan Konor ona təcavüz edib.

Hadisələrin sonrakı axarını yaxşı xatırlamayan qadın Makqreqorun ardından dostunun da onunla zorla cinsi əlaqədə olduğunu şikayətində yazıb.