Yəmən ordusu Husi qruplaşmasına göndərilmiş silah-sursatın aşkar edilərək ələ keçirildiyini açıqlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə rəsmi şəkildə məlumat yayılıb. Bildirilib ki, Husilərə gedən silah-sursat və hərbi təchizat avadanlıqları olan avtomobil dayandırılıb.

Bütün silah-sursat Yəmən ordusunun balansına verilib. Hazırda araşdırmalar aparılır.