Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, yanvar ayının 27-də törədilmiş 31 cinayətin üstü “isti izlər”lə açılılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunmuşdur.

Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilmişdir.
Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılmışdır.