Ermənistanda daha 242 nəfər COVID-19-a yoluxub.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, son sutka ərzində bu ölkədə koronavirusa 242 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ümumi yoluxma sayı 166 669 nəfərə çatıb.

Yeni 11 ölüm faktı da qeydə alınıb. Koronavirusdan ümumi ölüm sayı 3 067-yə yüksəlib.