Çində karantinə alınan Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) əməkdaşlarının özünütəcrid müddəti bitib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, koronavirusun köklərini araşdırmaq üçün Çinə səfər edən ÜST tədqiqatçıları virusun ortaya çıxdığı Vuhan şəhərinə yollanıblar. 13 nəfərdən ibarət heyət Çin alimləri ilə birgə elmi araşdırmalar aparmaq üçün oraya gediblər.

Çin Xarici İşlər Nazirliyinin bu gün yaydığı məlumata görə, ÜST əməkdaşlarının 14 günlük karantin müddəti bu gün başa çatıb. Tədqiqatların nəticələri ilə bağlı ÜST tərəfindən yekun hesabat dərc ediləcəyi bildirilir.