Milli Məclisin keçmiş deputatı, texnika elmləri doktoru Elton Məmmədov AMEA-nın Radiasiya Problemləri İnstitutuna baş direktor təyin edilib.

Unikal.org-un məlumatına görə, AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov və ümumi işlər üzrə direktor müavini Hökmən Mahmudov işlərində yol verdikləri ciddi nöqsanlara görə vəzifələrindən azad ediliblər.

O, bu təyinata qədər AMEA-nın İşlər idarəsinin müdiri olub.