Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin olunmuş Rəşad Nəbiyev nazirlikdə vəzifə tutan bir sıra şəxsləri işdən çıxarıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, R.Nəbiyevin əmri ilə, nazirliyin aparat rəhbərinin müavini Zamin Nurəhmədov, keçmiş nazirin köməkçiləri Emin Məmmədov və Mələk Məmmədova vəzifələrindən azad edilib. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Unikal.org-a bildirib ki, hər üç şəxs öz ərizələri ilə işlərindən ayrılıblar.

Famil Fərhadoğlu