Əlcəzair Rusiya ilə birgə koronavirusa qarşı vaksin istehsal edəcək.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu ərəb ölkəsi vaksin idxal edən ölkədən istehsalçı və ixracatçıya çevriləcək. Rusiyanın "Sputnik V" vaksinlərinin birgə istehsalı planlaşdırılır.

Qeyd olunub ki, artıq ilkin razılaşma əldə olunub. Tərəflər brgə istehsala yaxın vaxtlarda başlayacaqlar.