Fevralın 2-nə olan məlumata əsasən, ölkə üzrə 62 min 398 tibb işçisi peyvənd olunub.

Unikal.org xəbər verir ki,  Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda peyvəndləmə prosesinin birinci mərhələsi davam edir: "Birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanacaq. Bunun üçün xüsusi qeydiyyat mexanizmi yaradılıb".