Bu gün Türkiyənin İstanbul şəhərində Azərbaycan küçəsinin açılışı olub.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycanın İstanbuldakı Baş Konsulluğu məlumat yayıb.

Bildirilib ki, küçə Sarıyer Bələdiyyəsinin ərazisində yerləşir.

Qeyd edək ki, Sarıyer şəhərin tarixi və mərkəzi səmtlərindən biridir. Sözügedən yer bundan əvvəl Cendere adlandırılırdı.