Türkiyə Azərbaycana 20 ədəd mexaniki minatəmizləyən maşın göndərib.
 
Unikal.org
xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" hesabında məlumat verilib.
 
"Nazirliyimizin tabeliyində olan ASFAT AŞ tərəfindən istehsal olunan 20 MEMATT (mexaniki minatəmizləyən maşın) qardaş ölkə Azərbaycana ixrac edirik. İlk tədarük dəsti Kayseridən yola düşən Hava Quvvələrimizə məxsus təyyarə ilə Bakıya göndərilir",  - deyə qeyd olunub.