Fevralın 4-də Milli Məclisin İntizam komissiyasınınsədri, millət vəkili Eldar İbrahimov, İsmayıllı rayonunun deputatı Novruz Aslanov və rayon İcraHakimiyyətininbaşçısı Nahid Bağırov Vətən müharibəsində yaralanan döyüşçüləri evlərində ziyarət ediblər.

Unikal.org xəbər verir ki, Diyallı, Qoşakəndvə Bizlan kəndlərində keçirilən görüşdə qazilərimiz və ailə üzvləri hər zamankı kimi göstərilən diqqət və qayğıya görə ilk növbədə Ali Baş Komandan İlham Əliyevvə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Eyni zamanda Rayon İcra Hakimiyyəti başçısına və millət vəkillərinə təşəkkür ediblər. Görüş pandemiya qaydalarına uyğun təşkil olunub.

RİH başçısı və millət vəkilləri Azərbaycan ordusunun qəhrəman hərbi qulluqçuları ilə səmimi söhbətlər apararaq 44 günlük Vətən Müharibəsinin Azərbaycan xalqına zəfər sevincini bəxş etməsi ilə yanaşı, qəhrəmanlarımızı bir daha xalqa tanıtmasını qeyd ediblər. 

Onlar vurğulayıblar ki, neçə-neçə igid oğullar vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi.

Məlumat üçün bildirək ki, Novruz Aslanov bu ilin yanvar ayından başlayaraq hər həftə İsmayıllı rayonuna səfər edərək şəhid ailələri və qazilərlə görüşlər keçirir, onlara zəruri humanitar yardımlar edir.