Türkiyənin "Qalatasaray" komandasında son koronavirus testlərinin nəticələri açıqlanıb.

 Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin bir futbolçusunda infeksiya aşkarlanıb.

Virusa yoluxmuş oyunçunun adı açıqlanmayıb. Onun karantinə alındığı bildirilib.

Qeyd edək ki, "Qalatasaray" fevralın 10-da Türkiyə kubokunun 1/4 final mərhələsində "Alanyaspor"u qəbul edəcək.