“eBay” alış-veriş saytında Amerika Milli Basketbol Assosiasiyasının (NBA) altıqat çempionu, əfsanəvi basketbolçu Maykl Cordanın imzası olan "Air Jordan 1" idman ayaqqabısı satışa çıxarılıb.

Unikal.org  xəbər verir ki, Maykl Cordan üçün 1985-ci ildə hazırlanan, lakin satışa çıxarılmayan ağ-qırmızı ayaqqabının qiyməti isə 1 milyon dollardır (təxminən 1 milyon 700 mnin manat).

Qeyd edək ki, ötən il əfsanəvi basketbolçunun eyni tirajdan olan geyinilmiş idman ayaqqabıları hərracda 615 min dollara (təxminən 1 milyon 45 min manat) satılmışdı.