Türkiyə kubokunda 1/4 final mərhələsi start götürüb.

Unikal.org xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib.

İstanbul derbisində “Fənərbaxça” “Başakşəhər”i qəbul edib. Matçın taleyi əlavə vaxtda həll olunub.

2:1 hesablı qələbə qazanan son çempion yarımfinala yüksəlib. “Başakşəhər”in rəqibi “Konyaspor” – “Beşiktaş” görüşündə bəlli olacaq.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər matçları fevralın 10-11-də keçiriləcək.