Ötən ilin yanvarında azyaşlı qızı ilə helikopter qəzasında dünyasını dəyişən Kobi Brayantın ölümünə səsəb olan şəsxin kimliyi məlum olub. 

Unikal.org xəbər verir ki, 8 nəfərin həyatına son qoyan qəzanın baş vermə səbəbini pilotin diqqətsizliyi olub.  

Milli Nəqliyyat Təhlükəsizliyi İdarə heyəti Başçısı Robert Sumvaltin açıqlamasına görə,  hadisədə  helikopter pilotu Ara Zobayanın federal standartları pozaraq buludların arasından keçdiyini və bu səbəbdən istiqamətdən çıxaraq Kaliforniyanın cənubundakı təpəyə dəydiyini söyləyib.  

Qeyd edək ki, 41 yaşında dünyasını dəyişən Kobi dünyaca məşhur basketbolçu olub. Hücumameylli müdafiəçi olan Brayant bütün 20 illik karyerasını Milli Basketbol Assosiasiyasında (NBA) Los-Anceles Leykersdə oynayıb.