UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin daha bir matçının məkanı dəyişdirilib.

Unikal.org xəbər verir ki, bu mərhələnin “Atletiko” ilə “Çelsi” arasında keçiriləcək ilk oyunu Madriddə deyil, Rumıniyanın Buxarest şəhərində olacaq. Bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

Bu qərarın verilməsinə koronavirus səbəb olub. Belə ki, pandemiya ilə əlaqədar İspaniya və İngiltərə arasında beynəlxalq uçuşlar dayandırılıb.

Sözügedən matç fevralın 23-də keçiriləcək.

Daha əvvəl bu mərhələnin “Liverpul” – “Leyptsiq” və “Borussiya” (Münhenqladbax) – “Mançester Siti” oyunları üçün də oxşar qərar verilib. Bu oyunlar Budapeştdə keçiriləcək.