Türkiyə kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Unikal.org xəbər verir ki, “Fənərbaxça” ilə derbidən qalib çıxan “Qalatasaray” evdə gözlənilmədən "Alanyaspor"a 2:3 hesabı ilə məğlub olub.

Qonaqların heyətində qolları 30 və 48-ci dəqiqələrdə Kuma Babakar, 41-ci dəqiqədə Salih Uçan vurub. Meydan sahiblərinin heyətində isə 83-cü dəqiqədə Mustafa Məhəmməd, 90+4-cü dəqiqədə Jedson Fernandeş fərqlənib.

Bu nəticədən sonra "Qalatasaray" ölkə kubokunda mübarizəni dayandırıb. "Alanyaspor" isə adını yarımfinala yazdırıb.

Qeyd edək ki, dünən evdə "Başakşehir"ə 1:2 hesabı ilə uduzan "Fənərbağça" da ölkə kuboku ilə vidalaşıb.