Məşhur ispaniyalı pilot Fernando Alonsonu avtomobil vurub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İsveçrənin Luqano şəhəri yaxınlığında velosiped təlimi zamanı baş verib. 39 yaşlı pilot təcili xəstəxanaya çatdırılıb. 

Alonso səhhətinin normal olduğu deyilsə də o “Formula 1” mövsümünün başlanğıcında iştirak etməyə bilər.

“Formula 1”in ikiqat çempionun üzvü olduğu “Alpine” komandasından bildirilib ki, o əlavə müayinədən keçiriləcək.

Qeyd edək ki, Alonso “Formula 1”də 17 mövsüm keçirib, “Minardi”, “Renault”, “McLaren” və “Ferrari” komandalarının formasını geyinib. O, iki dəfə - 2005 və 2006-cı illərdə çempion olub.