Səudiyya Əbəbistanının "Əl Hilal" komandasının baş məşqçisi Razvan Luçesku istefaya göndərilib.

Unikal.org klubun rəsmi saytına istinadən xəbər verir ki, rumıniyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında son qoyulub.

"Əl Hilal" hazırda ölkə çempionatında 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Razvan Luçesku Ukraynanın "Dinamo" (Kiyev) komandasına başçılıq edən Mirça Luçeskunun oğludur.