Dünya şöhrətli ulduz popçu Rihanna sosial şəbəkə hesabından son paylaşımı ilə gündəm yaradıb. 

Unikal.org xəbər verir ki, "Instagram"da  çılpaq pozlarını paylaşan Rihanna dünyanın ikinci ən böyük ölkəsi olan Hindistanı ayağa qaldırıb. Belə ki, çılpaq bədəninə taxdığı boyunbağda hinduların tanrısı "Ganesha"nın olması hindistanlıları qəzəbləndirib.  

Hindistanda "Rihannanın hörmətli hindu tanrısı "Ganesha"yı ələ salması qəbuledilməzdir" deyə insanlar şüar keçirdib. Həmçinin də, Dünya Hindu Şurası (VHP) bu yazını "Twitter" və "Facebook"a müğənninin bütün sosial şəbəkə profillərinin bağlanmasını tələb edib.