44 günlük Vətən müharibəsində itkin düşən müddətdən artıq həqiqi hərbi qulluqçu, 1996-cı il təvəllüdlü Qulamov Rəcəb Xaydaroviç bu gün Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub. 

Unikal.org xəbər verir ki, dəfn mərasimində şəhər rəhbərliyi, millət vəkilləri, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidimiz 5 ay bundan qabaq itkin düşmüşdü və onun nəşi Murov istiqamətində gedən axtarışlar zamanı tapılıb.

Allah rəhmət eləsin!