Sumqayıtda 85 yaşlı kişini maşın vurub.

Unikal.org xəbər verir ki, hadisə şəhərin Zülfü Hacıyev küçəsində qeydə alınıb.

“Chevrolet” markalı avtomobil yolu keçmək istəyən 1936-cı il təvəllüdlü Quliyev İsrafil Qara oğlunu vuraraq öldürüb.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.