Tovuz rayonunda 2-ci kurs tələbəsi özünü asaraq intihar edib.  

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə rayonun Əlimərdanlı kəndində baş verib. Xəqani Ocaqverdiyev adlı ikinci kurs tələbəsinin cansız cəsədi həyətdən asılmış vəziyyətdə tapılıb.

Hadisə yerinə Tovuz rayon Prokurorluğu və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. İntiharın təfərrüatları dəqiqləşdirilir.

Məlumat üçün bildirək ki, mərhum "Turan" Peşəkar Futbol Klubunun keçmiş üzvü, hazırda klubda məşqçi köməkçisi işləyən Nizami Ocaqverdiyevin oğludur.

Orxan Həsənli