Bu gün Qazaxıstanın Petropavlovsk şəhərində beşmərtəbəli yataqxananın birinci mərtəbəsində yerləşən kafedə qaz balonu partlayıb.

Unikal.org  “Kazinform” agentliyinə istinadən xəbər verir ki, partlayış binada dağıntılara yol açıb.

Nəticədə 1 nəfər ölüb, 2-i ağır olmaqla, 13 nəfər xəstəxanaya yerləşdirilib.

Binadan 120 nəfər evakuasiya edilib. Hazırda xilasetmə işləri davam edir.