Gədəbəy rayonunda 43 yaşlı kişinin hansı şəraitdə xəsarət aldığı məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Unikal.org-a verilən məlumata görə,  hadisə ehtiyatsızlıqdan baş verib.

Gədəbəy kənd sakini 1990-cı il təvəllüdlü Tağıyev Elnur Qurban oğlu ov  tüfəngi ilə dovşan vuran zaman 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu xəsarət alıb.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

***21:39

Gədəbəydə ova gedən şəxs güllə yarası alıb. 

Unikal.org-un Qərb mərkəzinin verdiyi məlumata əsasən rayon sakini, 1978-ci il təvəllüdlü Fətullayev Qamət Şahmalı oğlu qarın nahiyəsindən ehtiyatsızlıqdan güllə yarası alıb. İlk olaraq Gədəbəy rayon Xəstəxanasına,oradan isə Gəncə şəhərinə gətirilən  43  yaşlı şəxs əməliyyat edilib. 

Faktla bağlı polisə məlumat verilib, araşdırma aparılır.

Gülayə Mecid