Prezident İlham Əliyev “AzerGold” QSC-nin yaradılması haqqında 11 fevral 2015-ci il tarixli sərəncamına dəyişiklik edib.

Unikal.org xəbər verir ki, dövlət başçısının bununla bağlı imzaladığı yeni sərəncama əsasən, bundan sonra Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi səlahiyyəti Nazirlər Kabinetindən alınaraq Azərbaycan İnvestisiya Holdinqinə verilib.

Bundan başqa, holdinq “AzerGold”un illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi, dividend siyasətinin təsdiq edilməsi, qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi, Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25%-dən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin 5%-ni faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi kimi səlahiyyətlərə malik olacaq.