Bakının Nizami rayonunda qonşular arasında dava düşüb.

Unikal.org xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsində baş verib.

1967-ci il təvəllüdlü Qüdrətli İlqar Rəhman oğlu ilə qonşusu, 1961-ci il təvəllüdlü Məmmədov Nadir İsmayıl oğlu arasında əlbəyaxa dava düşüb. İ.Qüdrətli və N.Məmmədov bıçaqlanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.(apa.az)