Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 7 otaqlı evin 1 otağının tavanı və dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə yanıb.

Unikal.org  FHN-in saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.