Ermənistanda müharibə dövründə bir sıra hərbi qulluqçuların komandanlığın səhvləri ucbatından ölməsi ilə bağlı cinayət işləri açılıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, müharibədə ölən bəzi hərbçilərin yaxınları və ailə üzvlərinin şikayəti əsasında 5 cinayət işi açılıb. Hazırda daha 2 cinayət işinin açılması üçün materiallar toplanır.

Sözügedən işlərdə əsasən, ölən hərbçilərin ailə üzvlərinin təqdim etdikləri müxtəlif dəlil və faktlarla bağlı araşdırmalar aparılır. Müharibənin gedişində xeyli epizodlarda erməni hərbi rəhbərliyinin müxtəlif səviyyələrində təmsil olunan zabit heyətinin səhvləri ucbatından, səhlənkarlıq, yanlış qərar və əmrlərin verilməsi, o cümlədən digər motivlərdə qanun pozuntularına yol verildiyi üçün hərbçilərin öldüyü barədə əsaslı şübhələrin yarandığı deyilir.

Qeyd edilib ki, araşdırmalar, istintaq tədbirləri davam etdirilir.