Milli Məclisin deputatlarının bir qrupu koronavirusa qarşı peyvənd olunub.

Unikal.org xəbər verir ki, peyvənd olunan deputatlar özlərini yaxşı hiss edir. Koronavirusu keçirmiş deputatlarda isə anticisimlər olduğu üçün peyvənd olunmaları hələki tövsiyə olunmayıb.

Deputatların peyvəd olunması prosesi davam edir. Qeyd edək ki, deputatların peyvənd olunması könüllü əsasla aparılır.