Qarlı hava şəraitində əhalinin isinməsi üçün qurulan çadırların ünvanları açıqlanıb.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) Unikal.org-a bildirilib ki, çadırlardan biri Nərimanov rayonunda yerləşən Nərimanov parkında, digərləri isə Yasamal rayonundakı İnşaatçılar metrosunun çıxışında, Sabunçu rayonundakı məscidin yanında, Suraxanıda Qaraçuxur qəsəbəsində olan Neftçilər parkında və Binəqədidə Azadlıq metrosunun çıxışında quraşdırılıb.

İsinmək üçün çadırlara gələn şəxslər isti çay içə, nahar edə və dincələ bilərlər. Çadırlar qarlı günlərdə fəaliyyət göstərəcək.