Səudiyyə Ərəbistanının keçmiş neft naziri Əhməd Zeki Yamani Londonda 90 yaşında dünyasını dəyişib.  

Unikal.org xəbər verir ki, 1930-cu ildə Məkkədə anadan olan Yamani, 1952-ci ildə Misirdə Qahirə Universitetində Hüquq dərəcəsi alıb. Daha sonra o, Nyu-York və  Harvard Universitetində magistr dərəcəsini tamamlayıb. 

Zeki Yamani  "Neft Çağı"nın ən güclü simvollarından biri  olub.  Körfəz ölkələrini zənginləşdirən və ərəblərin İsrailə birlik ruhunu yüksəldən Zeki,  ABŞ-a qarşı neft embarqosuna yol açan ilk şəxs kimi də tanınır.  1973-cü ildə ərəb ölkələrinin ABŞ-ın İsrail ordusuna verdiyi dəstəyə qarşı elan etdiyi neft embarqosundakı roluna görə daha da məşhurlaşıb. 

O həmçinin  də, Səudiyyə Ərəbistanının uzun illərdir neft naziri vəzifəsində çalışmış OPEC Petrol İxrac edən Ölkələr Təşkilatının ilk baş katibi olub.  Dünya siyasətində və enerji sektorunda buraxdığı dərin izlər buraxıb.