Ermənistanda etiraz aksiyalarına qatılan şəxslərin kütləvi həbsinə başlanılıb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, dünən və bu gün müxtəlif etiraz aksiyalarında iştirak edən İrəvan sakinləri polis idarələrinə gətirilib. Saxlanılanların bəzilərinə cinayət işi açılacağı deyilir.

Ermənistan Polisinin KİV-lə iş şöbəsindən Zarzand Qabrielyan isə 2 aksiyaçının saxlanılmasını mətbuata təsdiqləyib. Saxlanılanların həqiqi sayının daha çox olduğu bildirilir.