Səhhətində yaranan problemlərə görə, serial çəkilişlərini dayandıran Neslihan Atagül yeni işləri ilə gündəm yaradıb. 

Unikal.org xəbər verir ki, o,  ABŞ-da ən çox oxunan jurnallardan biri olan "HOLA"nın üz qabığı üçün kameralar qarşına keçib. Belə ki, Neslihan Atagül dünyaca məşhur jurnalın çəkilişlərində yer alan ilk türk qadın olub.  

Bununla yanaşı aktrisanın jurnal üçün verdiyi pozaları şou aləmində gündəmə səbəb olub. Onun ispan dilində danışaraq geyim markasını nümayiş etdirməsi isə rekord sayda bəyəni toplayıb. 

Qeyd edək ki, aktrisa bundan əvvəl Türkiyədə sevilən "Səfirin qızı" serialında canlandırdığı baş roldan bağırsaq sindromu səbəbiylə ayrılmışdı.