Ermənistanda əsgər valideynləri Müdafiə Nazirliyi önündə etiraz aksiyasına başlayıblar.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, aksiyaçılar övladlarının sağlamlığı, həyat və təhlükəsizliyinə zəmanət tələb edirlər. Onlar çağırışçıların aqibətindən narahat olduqlarını bəyan ediblər.

Ermənistan Müdafiə Nazirliyinin rəsmiləri bir qrup valideyni qəbul etməli olub. Etirazçılardan ərazini tərk etmək tələb edilib. Hazırda aksiyanın davam etdiyi bildirilir.